Piylənmə Xəstəliyi

Piylənmə Xəstəliyi nədir?

Piylənmə, vücut indeksinin 30 və ya daha yüksək dəyərə sahib olduğu sağlamlıq cəhətdən risk yaradan vücuda həddindən çox yağ toplusudur. Ürək, diabet, yüksək təzyiq, xolesterin, qaraciyər xəstəliyi kimi xəstəliklərə təsir edən piylənmə, sağala bilən xəstəlikdir. Fiziki hərəkətsizlik, düzgün qidalanma və davranış dəyişiklikləri arıqlamağa kömək olaraq piylənmə müalicəsində istifadə edilir. Bəzi vəziyyətlərdə isə dərman müalicəsindən ya da piylənməyə qarşı inkişaf etdirilən cərrahi üsullardan yararlanıla bilər.

Ölkəmizdə sürətli irəliləyən xəstəlikdir. Həyat keyfiyyətini aşağı salır. Artıq çəkili olmaq nəfəs darlığını da yaradır. Həmçinin ürək-damar xəstəlikləri riskini yüksəldir.

Piylənmənin əlamətləri:
– Bel ətrafında yağın toplanması
– Xoruldama, yatmaqda çətinlik
– Həddindən çox tərləmə
– Nəfəs darlığı
– Fiziki hərəkətdə çətinlik

– Yorğun hiss etmə
– Sızanaq, infeksiya kimi dəri problemləri
– Oynaq və bel ağrıları
– Hədsiz çəki ilə bağlı yaranan ayaq ağrıları
– Depressiya
– İstiyə qarşı dözümsüzlük

Piylənmənin səbəbləri:
– Həddindən çox və yanlış qidalanma vərdişləri
– Fiziki hərəkət çatışmazlığı
– Hormonal və metabolizma pozğunluqları
– Genetik və psixoloji faktorlar
– Aşağı enerjili pəhrizlərin tətbiqi
– Siqaret və spirtli içkilərdən istifadə
– İstifadə edilən bəzi dərmanlar
– Doğuş sayı
– Ana südünün kifayətsiz qəbulu

Piylənmənin müalicəsi:
Piylənmə, pəhriz proqramı, vərdişləri, dərman müalicəsi və cərrahi müdaxilə ilə müalicəsi mümkündür. Düzgün qidalanmaq əsas şərtdir. Metabolik problemdirsə tibbi qidalanma üsulu seçilir və menyü dietoloq tərəfindən təyin edilir. Əgər qidayla bağlı problem yoxdursa, səbəb hormonal pozğunluq ola bilər. Tarazlığın pozulması piylənməyə zəmin yaradır.

Piylənmənin səbəb olduğu xəstəliklər:

– Tip 2 diabet
– Yüksək təzyiq
– Xolesterin yüksəkliyi
– Qaraciyər yağlanması
– Damar sərtliyi
– Ürək-damar xəstəlikləri
– Tüklənmə
– Hormonal pozğunluqlar
– Depressiya
– Oynaq ağrıları

Piylənmənin qarşısı necə alınır:
– Az kalorili qidalar istifadə edilməli
– Təbii olmayan şəkərdən çəkinilməli
– Gündəlik duz miqdarı azaldılmalı
– Düzgün bişirmə texnikası seçilməlidir
– Gün ərzində kifayət qədər su içilməlidir
– Qida müxtəlifliyi qorunmalıdır
– Meyvə və tərəvəzlərə üstünlük verilməlidir
– Spirtli içkilərdən uzaq durulmalıdır

Piylənmə nələrə səbəb olur:
Yanlış qidalanma və hərəkətsiz həyat tərzi nəticəsində piylənmə bir çox sağlamlıq problemlərinin başlanğıc nöqtəsidir. Astma, diabet, yüksək təzyiq, qaraciyər yağlanması, nəfəs darlığı və s. problemlər bu sıradadır.

Piylənmənin müalicəsində əsas məqamlar:
Həyat keyfiyyətini aşağı salan, müalicə edilə bilən xroniki xəstəlikdir. Müalicədə tibbi qidalanma, davranış terapiyası, dərman və cərrahi üsullar tətbiq edilir.